"Millikart" prosessinq mərkəzi MMC-nin nizamnamə kapitalı 1 milyon manat və yaxud 20% artırılıb.
Fins.az xəbər verir ki, şirkətin kapitalı 5 milyon manatdan 6 milyon manata çatdırılıb.
Xatırladaq ki, "Millikart"ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradaraq sonradan banklara satıb. Hazırda onun təsisçiləri fəaliyyətdə olan "Azərbaycan Sənaye Bankı", Bank Respublika", "AtaBank", "Unibank", "Amrah Bank", "Azər-Türk Bank", "Rabitəbank", "Turan Bank", "Bank of Baku" və "Xalq Bank" ASC-lər, "Access Bank" QSC, ləğv prosesində olan "Dəmir Bank", "Kredo Bank", "Texnika Bank" və "Zamin Bank" ASC-lər, "Bank Standard" QSC, eləcə də "Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.