Avrozona və İngiltərədən açıqlanacaq önəmli göstəricilər öncəsi avro və funt üzrə ucuzlaşma proqnozları güclü olaraq qalır.
Beynəlxalq valyuta birjalarında investorların diqqətləri bu gün yayımlanacaq önəmli fundamental göstəricilərə yönəlib. Belə ki, Bakı vaxtı ilə saat 13:00-da Avrozonadan və saat 13:30-da İngiltərədən xidmət və sənaye sektorlarına dair göstəricilər açıqlanacaq.Saat 14:00-da Avrozonadan inflyasiya dair göstəricilərin dərci də diqqət mərkəzində olacaqdır.
Ümumilikdə isə texniki təhlillərə əsasən, avro və funt sterlinqdə ucuzlaşmanın və qızıl qiymətlərindəki bahalaşmanın davam edəcəyi proqnzolaşdırılır.