BANK

21 Fevral

Dollar sürətlə bahalaşır

Foreks bazarlarında dollar və əlvan metallar bazarlarında qızıl qiymətlərinin daha da bahalaşacağı proqnozlaşdırılır.Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri bahalaşmaqda davam edir. 

Amerika Mərkəzi Bankının (FED) pul-kredit siyasəti protokolunda faizlərin fundamental göstəricilərdə dəyişiklik olmayacağı təqdirdə cari səviyyələrdə qalacağı açıqlanmasından sonra sözügedən trend daha da sürətlənmişdi və dollarda bahalaşmanın davam edəcəyi proqnozlaşdırılır. 

Əlvan metallar bazarlarında da qızılda bahalaşma müşahidə edilir və bu, dünyada siyasi risklərin arta biləcəyini ehtimalları fonunda baş verir. Təhlillər isə qızılın 1655$-a kimi dəyər qazana biləcəyini proqnozlaşdırmağa əsas verir.