"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 7-sinin bu il yanvarın 1-nı aktivləri illik müqayisədə az olub.
Bunlar "Premium Bank", "Turan Bank", "Rabitəbank", "Azər-Türk Bank", "AGBank", "Amrah Bank", İran Milli Bankının Bakı filialı, Pakistan Milli Bankının Bakı filialıdır. Ən az azalma isə "Premium Bank" və "Turan Bank"da (0,6%) qeydə alınıb.
Qalan 22 bankın isə aktivləri artıb. Ən yüksək dinamika "Bank Respublika"da (43,7%), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan"da (0,4%) qeydə alınıb
(c)Renkinq