"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-nin bu il yanvarın 1-nə aktivləri 1 milyard manatdan çoxdur.
"Azərbaycan Beynəlxalq Bankı" (9 milyard 223 milyon 361 minmanat), "PAŞA Bank" (4 milyard 767 milyon 450 min manat), "Kapital Bank" (4 milyard 143 milyon 322 min manat), "Xalq Bank" (2 milyard 458 milyon 468 min manat) və "Bank Respublika"dır (1 milyard 412 milyon 984 min manat).
Qalan 24 bankdan 7-nin aktivləri 500 milyon manatdan 1 milyard manata qədər, 15 bankın aktivləri 100-500 milyon manat arasında, 2 bankın aktivləri isə 10-100 milyon manat arasındadır.
©renkinq