Ötən həftə Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatları 1,296 milyard ABŞ dolları, yaxud 1,8% artaraq 104,560 milyard ABŞ dolları təşkil edib.
Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə qurumun statistik hesabatında bildirilir.
Məlumata görə, valyuta ehtiyatlarının 28,585 milyard dollarlıq hissəsi qızıl ehtiyatlarının payına düşüb. Bu isə həftəlik müqayisədə 287 milyon dollar, yaxud 1% çoxdur.
Hesabat dövründə müxtəlif aparıcı valyutalarda saxlanılan ehtiyatlar isə 1,009 milyard dollar, yaxud 1,4% artaraq 75,471 milyard dollar təşkil edib.