Argentina Mərkəzi Bankı (AMB) ölkə iqtisadiyyatında canlanma yaratmaq üçün uçot dərəcəsini daha 4 faiz bəndi azaldaraq 40%-ə endirib.
Məlumata görə, bu, ötən ilin dekabr ayında Alberto Fernandezin prezident seçilməsindən və Migel Pecenin AMB rəhbəri təyin edilməsindən sonra 7-ci "faiz endirimi"dir.
Xatırladaq ki, AMB-nin keçmiş rəhbəri inflyasiya ilə mübarizə aparmaq üçün ucot dərəcəsini 84%-ə qaldırmışdı.
© Report