BANK

20 Fevral

“Muğan Bank” cərimələndi

Bakı Apellyasiya Məhkəməsində “Muğan Bank” ASC-nin inzibati qaydada cərimə edilməsi barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.

Fins.az-ın xəbərinə görə, hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda qərar elan edilib. 

Qərara əsasən, şikayət təmin edilməyib və Nərimanov Rayon Məhkəməsinin 23 yanvar 2020-ci il qərarı dəyişdirilmədən saxlanılıb. 

Qeyd edək ki, Nərimanov Rayon Dövlət Yol Polisi Şöbəsi “Muğan Bank” ASC barədə inzibati protokol tərtib edib.

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 347-ci (hüqiqi şəcsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə yazılan protokola əsasən, ASC-nin 300 manat cərimə edilməsinə qərar verib. 

© Report