Expressbank daim öz müştərilərini təqdim etdiyi xidmətlərin rahatlığı və keçirdiyi sərfəli aksiyaları ilə sevindirir.
Bu dəfə komfortlu və təhlükəsiz səfərlərə üstünlük verən Visa Platinum kart sahibləri üçün xüsusi kampaniya nəzərdə tutulub. Kampaniya çərçivəsində Heydər Əliyev hava limanında Expressbank-ın Visa Platinum kart sahibləri sürətli gediş-gəliş üçün FastLine xidmətinin növbəti opsiyalarından pulsuz faydalana biləcəklər:
- Sürətləndirilmiş reys qeydiyyatı;
- Sürətli baqaj təhvili və aviasiya təhlükəsizliyinin keçilməsi;
- Gediş və gəliş zamanı pasport yoxlanmasını gözləmədən keçmək.
Sadalanan imtiyazlardan kart sahibləri 1 iyun tarixinədək limitsiz sayda istifadə edəcəklər.
Kampaniya bitdikdən sonra isə, müştərilər il ərzində 2 dəfə FastLine xidmətindən pulsuz istifadə etmək hüququna malik olacaqlar. FastLine xidmətindən yararlanmaq üçün hava limanında 1 və ya 2 saylı terminalda “Salam Service” masasına yaxınlaşaraq “Salam Gold” xidməti üçün ərizə təqdim etmək tələb olunur. Xidmətdən daha çevik və rahat istifadə etmək üçün //www.visa.com.az/az_AZ/pay-with-visa/promotions/fast-line.html linkə keçid alaraq ətraflı məlumatı əldə etmək mümkündür.
Qeyd etmək istərdik ki, Expressbank-ın plastik kartlarına sahib olmaq üçün istənilən yaxın filiala və ya //www.exb.az/cards/universal/ linkində onlayn sifariş formasnı doldurmaq mümkündür. Kart 3 iş günü ərzində, və ya, təcili sifariş olduqda 1 iş günü ərzində hazır olur.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.