2019-cu ildə qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi $27,8 mlrd. təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumata görə bu göstərici 2018-ci illə müqayisədə 9,4% artım olduğunu göstərir.Valyuta bazarında əməliyyatların 82,8%-i ABŞ dollarında, 17,2%-i digər valyutalarda aparılıb
2019-cu ildə qeyri-nağd valyuta əməliyyatlarının 33,7%-i banklararası valyuta bazarında (BVB), 66,3%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.