BANK

17 Fevral

Bankların nağd xarici valyutanın alqı-satqı əməliyyatı-MƏBLƏĞ

2019-cu ildə Azərbaycan bankları tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə $5,7 mlrd. məbləğində əməliyyat aparılıb ki, bu da 2018-ci ilin göstəricisindən 17,7% azdır. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb

“Ötən il banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi $5,7 mlrd. təşkil edib (2018-ci il ərzində $7 milyard - İF). Bunun $4,5 mlrd.-nı (78,9%) ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil edib”, - bankdan bildirilir.