“Son zamanlar kredit riskləri azalsa da, bankların portfellərində hələ də problemli kreditlər mövcuddur. Əsas problem biznes kreditləri ilə bağlıdır”.
Fins.az xəbər verir ki, bu fikirləri bank eksperti Tural Həsənov “Bank vaxtı” verilişində deyib.
O bildirib ki, kreditlər aktivlərin 41 faizini təşkil edir.Bu, kifayət qədər böyük rəqəmdir. Buna görə də kredit riskləri aktualdır