BANK

17 Fevral

Günay Bank yeni -“Dövriyyə çox, komissiya yox” layihəsinə start vermişdir

 

“Günay Bank” ASC 12 fevral 2020-ci il  tarixindən etibarən Bankın pos-terminal xidmətinin depozit məbləğini 50% endirərək 250 manat etmişdir.

Artıq müştərilər pos-terminal vasitəsi ilə dövriyyələrini artıraraq sərfəli güzəştlər əldə edəcəklər.

Belə ki, aylıq 1000 (bir min) manatdan çox dövriyyəsi olan istifadəçilərdən xidmət haqqı alınmayacaqdır.

“Günay Bank” ASC  1992-ci ildən maliyyə bazarındadır və korporativ bankçılıq istiqamətində daim müştərilərinə güzəştli xidmətlər göstərməyə davam etməkdədir.