Beynəlxalq maliyyə bazarlarında bu həftə daha çox investorların diqqət mərkəzində açıqlanacaq önəmli fundamental göstəricilər olacaqdır.
Lirənin ucuzlaşmaqda davam edəcəyi proqnozları güclü olaraq qalır və təhlillər USD/TRY məzənnəsinin 6.13TL-yə kimi bahalaşa biləcəyini ehtimal etməyə əsas verir. Çərşənbə günü saat 15:00-da dərc ediləcək Türkiyə Mərkəzi Bankının faiz qərarı da məzənnəyə təsiri baxımından böyük maraqla gözlənilməkdədir.