"Atabank" istisna olmaqla Azərbaycanda fəaliyyət göstərən 29 bankdan 5-i ötən il əməliyyat mənfəəti əldə etməyib, başqa sözlə əməliyyat zərərinə uğrayıb.
Bunlar "NBC Bank", Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "Amrah Bank" və "Bank VTB Azərbaycan"dır. Əməliyyat zərərinin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (8,866 milyon manat), ən aşağı həddi isə "NBC Bank"da (414 min manat) qeydə alınıb.
Qalan 24 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"nda (321,522 milyon manat), ən aşağı göstərici isə "Turan Bank"da (1,1 milyon manat) qeydə alınıb.
©Renkinq