BANK

17 Fevral

Rəsmi məzənnələr açıqlandı

2020-ci ilin Fevral ayının 17-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Fevralın 14-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manatda qalıb, Avro/manat məzənnəsi 1.8425 manata qalxıb, Rubl/manat məzənnəsi isə 0,0267 manata düşüb.

1 Türk lirəsi isə 0,2809 manata geriləyib.Bu barədə fins.az-a Mərkəzi Bankdan bildirilib.

Fevralın 14-də rəsmi olaraq 1 dollar 1,7000 manata, 1 avro 1.8416 manata, 1 Rubl 0,0268 manata, 1 Türk lirəsi isə 0,2813 manata bərabər idi.