Azərbaycan Mərkəzi Bankı cari ildə Azərbaycanda QR-kodla ödəniş əməliyyatların keçirilməsi, M-Pos və NFC kimi yeni texnologiyalar kimi ölkəyə gətirilməsi istiqamətində ciddi işlər aparır. Fins.az xəbər verir ki, bunu Bakıda keçirilən"Visa Cashless Forum"da çıxırsız edərkən Azərbaycan Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib. Onun sözlərinə görə, hazırda bəzi partnyor banklar müxtəlif bank məhsulları üzrə bu texnologiyalardan artıq istifadə edə bilirlər. "Ölkədə istifadəyə veriləcək ani ödənişlər sisteminin çərçivəsində bütün əhaliyə və təsərrüfat subyektlərinə QR-kodla ödənişlərin edilməsi imkanı qısa zamanda reallaşdırılacaq. Layihənin İlkin mərhələsini məhz 2020-ci ilin birinci yarım iliyin sonunda buraxılması və tam funksional əhatə dairəsinin genişləndirilməsi cari ilin sonuna planlaşdırılıb",- deyə F. Osmanov qeyd edib.