Azərbaycanda 2018-2020-ci illərdə rəqəmli ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramının icrası nəticəsində nağdsız ödənişlərin illlik həcmi təqribən 17 mlrd. manat arta bilər. Fins.az-ın məlumatına görə bunu Bakıda keçirilən"Visa Cashless Forum"da çıxış edərkən İqdisadi İslahatların Təhsili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib. Onun sözlərinə görə, bu nağdsız ödənişlərin payını hər il 7% artmasına imkan verəcək. "Nəticədə bütövlükdə İqtisadi tranzaksiyada nağd ödənişlərin payı 74%-dən 40%ə qədər azalacaq. Azərbaycanda ötən il Banklararası Milli Hesablaşmalar Sistemi üzrə ödənişlərin məbləği azalsa da, Xırda Ödənişlər üzrə Hesablaşma Kliring Sistemi və sürətli pul köçürmə sistemləri üzrə köçürmələr artıb. Ümumilikdə, ölkədə ödəniş və pul köçürmə sistemləri üzrə əməliyyatların sayı 2019-cu ildə 40% artıb. Ötən il ödəniş kartların sayı 11,2% artmaqla 7,3 mln ədədə çatıb. Həmçinin, ötən il debit və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı 38%, məbləği isə 31% artıb",- deyə V. Qasımlı qeyd edib. O həmçinin əlavə edib ki, 2019--cu ildə ölkədaxili əməliyyatlardan elektron ticarət üzrə ödəniş əməliyyatların sayı 67%, məbləği isə 97% artıb. "Azərbaycanda son bir ildə ATM-lər vasitəsilə nağdsız ödənişlər cüzi azalsa da, POS terminallar üzrə nağdsız ödənişlər 20%-ə qədər artmıb. Lakin ATM və POS terminalların sayı aşağı sürətlə artır, xüsusən regionlarda azalma müşahidə edilir. Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə rəqəmli vergi inzibatçılığının inkişaf etdirilməsi üçün elektron informasiya sisteminə məlumat ötürməyə imkan verən yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi nəzərdə tutulub. Pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti üzrə nağd və nağdsız ödənişlər edən vətəndaşlar ödənilən vergi məbləğinin bir hissəsi ilə bağlı vergi güzəştləri əldə etmək imkanına malik olacaq ki, bu da nağdsız ödənişlərin stimullaşdırılması deməkdir",- deyə V.Qasımlı qeyd edib.