8 dəfə uçot faiz dərəcəsinin aşağı salındığı 2019-cu ildə Mərkəzi Bankın banklara ayırdığı vəsait 58.6 milyon manat azalıb.
Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, 31 Dekabr 2019-cu il tarixində Mərkəzi Bankın banklara qarşı tələbləri 326.1 milyon manat təşkil edib. Bu rəqəm 2018-ci ilin sonunda 384.7 milyon manat idi.
Bank sektorunun Mərkəzi Bankdan cəlb etdiyi vəsait cəmi kreditlərin (14 milyard 901 milyon manat) təxminən 2%-nə bərabərdir.
Diqqəti cəlb edən 2019-cu ilin 4-cü rübündə bankların Mərkəzi Bankdan borclanmanı artırmalarıdır. 31 Oktyabr 2019-cu il tarixində Mərkəzi Bankın banklara qarşı tələbləri 159.6 milyon manata düşmüşdü. Ötən ilin son 2 ayında tələblər 166.5 milyon manat artaraq ilin sonunda 326.1 milyon manata çatıb.