“Pasha Bank” korporativ müştərilərə kreditlər bazarında güclü mövqe tutmağa davam edir. Belə ki, bazarın bu seqmentində bankın payı 2018-ci ilin sonundakı 15,6 faizə qarşı 2019-cu il oktyabrın 1-də 18,6 faizədək artaraq bu il 22-24 faizə çatacağı istisna edilmir.
u barədə “SP Global Ratings”in tərtib etdiyi reytinqdə bildirilir.
Reytinqə əsasən, “Pasha Bank” ASC-nin uzunmüddətli kredit reytinqi “BB-“dən “B+”dək azaldılıb, reytinq proqnozu isə “sabit”dir. Qısamüddətli kredit reytinqi isə “B” səviyyəsində qalıb.
“Lakin əvvəlki proqnozlarımızdan fərqli olaraq bazardakı payının artması müştəri bazasının şaxələndirilməsinə gətirib çıxarmadı, bu baza qonşu ölkələrin ən iri banklarınkından kiçikdir. Bu hal da Azərbaycan iqtisadiyyatının nisbətən kiçik həcmindən, habelə yalnız korpotrativ müştərilərə xidmət göstərən bankın biznes modelindən irəli gəlir”, - sənəddə göstərilir.
“SP”nin fikrincə, möhkəm likvidlik və depozit ehtiyatının sabitliyi də bankın kredit profilini dəstəkləyir. Belə ki, 2019-cu ilin sonunda pul vəsaitləri, banklararası depozitlər, qiymətli kağızlara likvid yatırımlar kimi likvid ehtiyatlar müştəri depozitlərinin 48 faizədək hissəsini ödəyirdi.
Həmçinin 2018-ci ilin 30 iyun tarixinə olan məlumata görə, “Pasha Bank”ın sabit maliyyə əmsalının 214 faiz, müştərilərə kredit həcminin müştəri depozitləri həcminə nisbəti isə 45 faiz olduğu, halbuki bənzər banklarda müvafiq olaraq orta hesabla 140 və 120 faiz olduğu da qeyd olunur.
“Pasha Bank”la bağlı “sabit” reytinq proqnozu bazarın korporativ seqmentindəki böyük payı, möhkəm likvidlik ehtiyatı, depozit bazasının sabitliyi, həmçinin “Pasha Holding”in tərkibində olmağın üstünlüyü sayəsində yaxın 12-18 ay ərzində kredit potensialını saxlamaq üçün kifayət olacağı barədə qənaəti əks etdirir.
Bankın aktivlərinin keyfiyyət baxımdan orta səviyyəyə uyğun gəldiyi, problemli kreditlərinin 40 faizinə yaxın hissəsinin pul təminatına malik olduğu, vaxtı ötmüş kreditlərin 5 faizlik xüsusi çəkiyə malik olduğu da qeyd olunur.
©“Report”