BANK

10 Fevral

ADA Universitetinin tələbələri PAŞA Bankın İdarə Heyətinin sədri ilə görüşdülər

PAŞA Bankın İdarə Heyətinin sədri Taleh Kazimov Azərbaycan Diplomatik Akademiyasının tələbələri ilə görüşdü.

Səhər yeməyi formatında keçirilən qeyri-rəsmi görüşdə Akademiyanın tələbələri, Azərbaycanın ən iri korporativ bankının rəhbəri ilə əmək bazarındakı mövcud tendensiyalar, peşə karyerasının inkişafının yeni aspektləri ilə bağlı onları maraqlandıran suallar və məzun olduqdan sonra həyata keçirməyi planlaşdırdıqları fikirləri bölüşdülər. Görüş iştirakçıları qlobal iqtisadiyyatın rəqəmsal formata tədricən keçməsi və yeni şəraitdə biznesin inkişafı kimi mövzuların müzakirəsinə xüsusi diqqət yetirdilər.

T.Kazimov tələbələrlə ünsiyyətində qeyd etdiyi kimi, artıq rəqəmsal texnologiyaların sürətli inkişafı gənc mütəxəssislər üçün, professional inkişafları üçün bu günə qədər təsəvvür edilməyən yeni imkanlar açır.

"Hər hansı bir təşkilatın əsas strateji mənbəyi onun kadrlarıdır və hər yeni onillik bu aksiomu təsdiqləyir. Lakin, hazırda əmək bazarının tələbatlarına cavab vermək üçün yalnız hər hansı bir sahə üzrə biliyə sahib olmaq artıq kifayət deyil. İndiki dövrdə həm şəxsi, həm də peşəkar cəhətdən öz üzərimizdə daha çox çalışmalıyıq, və peşəkar həyatımızın adət etdiyimiz quruluşu tədricən bu müstəviyə yönəlir. Rəqəmsal seqmentdə ölkənin ən yaxşı işə götürənlərindən biri hesab olunan PAŞA Bank, gənc kadrların hazırlanması və onların peşəkar bacarıqlarının inkişafı üçün çox səy göstərir. Biz əminik ki, məhz sizin kimi gənc mütəxəssislər müasir Azərbaycanın gələcək uğurlu inkişafı üçün hərəkətverici qüvvə olacaqdır", deyə PAŞA Bankın sədri vurğuladı.

Qeyd edək ki, iki saatdan çox davam edən görüşdə hazırda iqtisadiyyat, biznes menecmenti və s. sahələrdə təhsil alan Azərbaycan Diplomatik Akademiyasının 3-cü və 4-cü kurs tələbələri iştirak edib.