Mikromaliyyənin məqsədi iş yeri yaratmaqdır. İş yeri yaratmaq deyərkən mikromaliyyə institutunun yaxud BOKT-nın işçi götürməsi deyil, insanların özlərinə iş yeri və gəlir yaratma fəaliyyəti yaratmalarına dəstək olmaqdır. Heç kimə sirr deyil ki, kreditə çıxışda ən vacib məsələlərdən biri girov təminatı faktorudur. Dəyərli girovu olmayan iqdisadi aktiv kişi və qadınlara, gənclərə öz işlərini qurmağa və bu işi böyütməyə dəstək verməkdir. Mikromaliyyə qurumları bu işi görməyi bacarırlar. Mikromaliyyə dünyada bu zərurətdən yaranmışdır.
Lizinq şirkətlərinin fəaliyyət məqsədi biznesin inkişafını dəstəkləməkdir və bəzi hallarda lizinq xidməti biznes kreditləri tamamlayır. Lizinq xidmətlərinin göstərilməsi üçündə qanunvericilikdə boşluqlar var və inanırıq ki, cari il ərzində həmin boşluqlar aradan qaldırılmaqla sahibkarlara göstərilən maliyyə xidmətlərini çeşidi genişlənəcəkdir. Ümumiyyətlə beynəlxalq təcrübəyə əsasən mikromaliyyə xidmətlə dedikdə bura mikrokredit xidməti ilə yanaşı mikrolizinq, mikrosığorta, pul köçürmələri də daxildir.
Lombartların fəaliyyəti qızıl girovu əsasında maliyyə resursların istənilən məqsəd üçün verilməsidir. Lombardların fəaliyyəti iş yeri yaratmaq və yaxud sahibkarlıq subyektlərin aktivlərin böyüdülməsi məqsədini danışımır. Hazırda regionlarda lombardların fəaliyyətinin artması maliyyə əlçatanlığının mürəkkəb olmasına işarədir. Lombardlar heç bir prudensial qaydalarla tənzimlənmirlər və bu baxımdan onlar istənilən məqsədə qızıl girovu əsasında faiz dərəcələri ilə maliyyə resursu verirlər.