“Azərbaycan Beynəlxalq Bankı" ASC-də (ABB) sağlamlaşdırma tədbirləri artıq başa çatıb".
Bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov deyib.
"Bank kifayət qədər yaxşı maliyyə göstəricilərinə malikdir, ötən il yaxşı mənfəət əldə edib, bunun bir hissəsini vergi kimi ödəyib, eləcə də səhmdarları və dövlət büdcəsi qarşısında digər öhdəliklərini yerinə yetirib. Xüsusilə fiziki şəxs səhmdarlarına dividend ödənilməsi qeyd olunmalıdır. Əvvəllər ABB-nin səhmləri xeyli ucuzlaşmışdı, artıq bahalaşmaqdadır, bir sözlə bankın bazar dəyəri artır", - o bildirib.
©Report