BANK

10 Fevral

2020-ci ildə BOKT-lara hansı imtiyazlar veriləcək ?

Üzvlük paketi son 15 ildə çox dəyişib və demək olar ki, hər il üzvlərin gözləntilərinə cavab vermək üçün yeni üzvlük imtiyazları əlavə olunur. 

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin Sədri Cəlal Əliyev deyib 

O bildirib ki, cari il üçün üzv olan BOKT-lara 21 çeşiddə xidmətlərdən faydalanmaq imkanları verilir.

  1. Vəkillik və lobbiçilik xidməti;
  2. Mikromaliyyə   üzrə   qabaqcıl   təcrübə,   ölkə   daxili   və   regional   təşəbbüslər, potensial donor və investorların ölkəyə gəlişi, reyting, audit və təlim xidmətləri barədə və eləcə də texniki yardım layihələri haqqında məlumatın sektorda yayılması;
  3. Regional layihələrdə ödənişsiz iştirak imkanı  ( cari ilin fevral ayından etibarən Polşa Mikromaliyyə Mərkəzi tərəfindən icra olunan “Rəqəmsal Savadlılıq üzrə Bootcamp” layihəsində ingilis dili bilən üzv təşkilatlar il ərzində 56 vebinar sessiyalarında iştirak etməklə 80% test suallarına doğru cavablandıran iştirakkçılar sertifikat ilə təltif olunacaqlar. Bu layihədə 19 ölkədən 58 mikromaliyyə təşkilatının 315 işçisi iştirak edir.) Layihələr müxtəlif səpkili olur : tədqiqatlar, kənd təssərüfatı, korporativ idarəetmə, gender bərabərliyi, strateji planın hazırlmanması və sair;
  4. Xarici investorlarla əlaqələndirmə (mikromaliyyə sektoruna sərmayə yatırmaq niyyətində  olan  donorlar/investorlar  haqqında  məlumatın  təqdimatı, Azərbaycan mikromaliyyə bazarında maraqlı olan yeni investorlar üçün ölkə daxili görüşlərin təşkili);
  5. Mikromaliyyə üzrə statistik göstəricilər üzrə (Matrix) hesabat;

6.    Kredit  Reytinq  şirkətləri  ilə  əlaqələndirmə  (beynəlxalq  səviyyədə  tanınmış Reytinq Təşkilatları ilə əlaqələrin qurulması);

  1. İki ildən bir geniş miqyaslı konfrans və İnvestorlar Yarmarkasında güzəştli iştirak;
  2. Beynəlxalq ekspert tərəfindən keçirilən təlimçilər üçün təlim proqramları, təcrübə  mübadiləsi  turların  və  yeni  innovativ məhsullar  barədə(mikro-lizinq,  mikro- sığorta, mobil bankçılıq) və digər məsələlərlə bağlı(kredit bürosu, korporativ idarəetmə, strateji planlaşma və s.) seminarlarda iştirak;
  3. Beynəlxalq təşəbbüslər və mükafat müsabiqələri haqqında məlumatlı saxlamaq və orada iştirakı üçün məsləhətlər vermək (Korporativ Sosial Məsuliyyət, Maliyyə Şəffaflığı, müştərilərin mühafizəsi və s.)
  4. İllik əsasda keçirilən tədbirlərlərin gündəliyinə dair mövzularla bağlı təkliflər vermək (Konfrans yaxud İnvestorlar Yarmarkası);
  5. İllik  əsasda  üzvlər  arasında  keçirilən  AMFA  mükafatlandırma  proqramında iştirak etmək;
  6. Beynəlxalq biznes məktəbləri tərəfindən mikromaliyyə xidmətləri üzrə keçirilən yay akademiyaları və güzəştli təlim və seminarlar barədə rüblük əsasda məlumat əldə etmək.
  7. AMFA  tərəfindən  keçirilən  layihələr  çərçivəsində  bütün  təlimlərdə  ödənişsiz və yaxud subsidiyalaşdırılmış iştirak imkanları ( investorlar yaxud inkişaf bankları tərəfindən maliyyələşdirilir);
  8. Keçirilən  konfrans  və  investorlar  yarmarkasında  məruzəçi  kimi  çıxış  etmək imkanları;
  9. AMFA-nın aylıq informasiya bülletenində məqalələrin/məlumatların dərc olunması (inglis və azərbaycan dillərində);
  10. Sosial fəaliyyətin (SPİ4 CERİSE Aləti üzrə) qiymətləndirilməsi və tövsiyyələr daxil olmaqla hesabatın tərtib olunması,
  11. Müştərilərinin beynəlxalq mühafizəsi prinsipləri üzrə qiymətləndirilməsi (Smart Campaign aləti üzrə),
  12. Müştərilərinin beynəlxalq mühafizəsi prinsipləri üzrə  işçi heyətinə təlim(Smart Campaign aləti üzrə),
  13. Maliyyə Savadlılığı üzrə işçi heyətinə və müştərilərə təlimlərin keçirilməsi;
  14. Müxtəlif səpkili üzv təşkilatlarının fərdi texniki  təlim ehtiyaclarına uyğun təlim proqramının hazırlanması( beynəlxalq və yerli mütəxəssislərlə);
  15. Müştərilər üçün “Biznesi başla və inkişaf etdir” (İLO  modulu üzrə) təlimin keçirilməsi.

Müəllif:Aynur Qəniyeva