BANK

10 Fevral

"Standard & Poor" s Azərbaycanın aparıcı banklarından birinin uzunmüddətli reytinqini endirib

"Standard Poor`s” kredit reytinqləri xidməti “PAŞA Bank”ın uzunmüddətli reytinqini “ВВ-“dan “B+”-dək endirib. Fins.az xəbər verir ki, bu barədə agentliyin məlumatında qeyd olunur.

Qısamüddətli reytinq “B” səviyyəsində təsdiq olunub.

Reytinqlərin proqnozu “stabil”dir.

“Reytinqin endirilməsi son il ərzində bankın kredit portfelinin kaitallaşmasına daimi təzyiq və əvvəl gözlədiyimizdən problemli kreditlərin daha yüksək payına görə pisləşməsinə dair rəyimizi əks etdirir. Bundan əlavə, öncəki gözləntilərimizə baxmayaraq, son 3 il ərzində bankın biznesinin sürətli artımı müştəri bazasının mühüm dərəcədə yaxşılaşmasına gətirməyib”, - agentliyin məlumatında qeyd olunur.

Agentliyin məlumatına görə, 2019-cu ildə “PAŞA Bank”ın aktivlərinin keyfiyyəti problemli aktivlərin payı hesabına pisləşib – 2018-ci ildə kredit portfelinin 10%-dən 2019-cu ilin ortalarına olan vəziyyətə görə 14,5%-dək