BANK

10 Fevral

“AFB Bank”-dan 11 il münasibətilə möhtəşəm kampaniya

Azərbaycanın aparıcı banklarından olan “AFB Bank” 11 yaşı münasibətilə 1+1 kampaniyasına start verir.

10.02.2020 - 28.02.2020-ci il tarixlərini əhatə edəcək kampaniya çərçivəsində kredit götürən hər kəsə illik faiz dərəcəsi 15,5%-dan başlayaraq təqdim olunacaq.

1+1 kampaniyasının şərtlərinə əsasən kreditlər 15000 AZN-dək zaminsiz rəsmiləşdiriləcək. Kreditin maksimum məbləği 20 000 AZN təşkil edir.

Qeyd edək ki, 18 yaşdan başlayaraq ən azı davamlı 6 ay iş təcrübəsi və rəsmi gəliri olan hər kəs kredit üçün müraciət edə bilər.

Daha ətraflı məlumat üçün 1545 zəng mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Ölkənin ən dinamik inkişaf edən banklarından olan AFB Bank ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Hazırda bank 11 filial və 5 şöbəsi ilə həm hüquqi, həm də fiziki şəxslər üçün müxtəlif bank xidmətlərini təklif edir. Bu xidmətləri barədə daha ətraflı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.