Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 32 722,8 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Bu göstərici, ötən il yanvarın 1-i ilə müqayisədə 10,9% çoxdur.
Bankların aktivlərinin 13 451,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. 2019-cu ildə sektorun kredit portfeli 20,65% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 37,8%-dən 41,1%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 10,65% artaraq 28 139,8 milyon manata, o cümlədən depozit portfeli 14,8% artaraq 21 326,7 milyon manata çatıb. Bunun 8 508 milyon manatı fiziki, 12 818,7 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 2,9%, şirkətlərin banklardakı vəsaitləri isə 24,3% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 15,2% azalaraq 326,1 milyon manata düşüb.
Sektorun balans kapitalı isə 12,55% artaraq 4 583 milyon manata çatıb.
(C)renkinq