BANK

08 Fevral

Gürcüstan bankı Azərbaycandakı törəməsinə maya qoydu

Azərbaycanda fəaliyyət göstərən Gürcüstan bankının törəmə təşkilatı “TBC Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC (TBC Kredit) nizamnamə kapitalını 1,55 milyon manat və ya 18% artırıb.

 

Məlumata görə, bu artırmadan sonra BOKT-un nizamnamə kapitalı 8,45 milyon manatdan 10 milyon manata çatdırılıb.

 

Xatırladaq ki, TBC Kredit 1999 -cu ildən ölkənin maliyyə bazarının iştirakçısıdır və nizamnamə kapitalının 100%-i Gürcüstan Respublikasında fəaliyyət göstərən “TBC Bank”a məxsudur.

 

BOKT 2018-ci il ərzində 1,88 milyon manatlıq xalis mənfəət əldə edib. 1 yanvar 2019-cu il tarixinə olan audit hesabatına görə “TBC Kredit” 23,55 milyon manatlıq aktivlərə sahibdir.

 

© Banker