Fins.az Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin Sədri Cəlal Əliyevlə müsahibəni təqdim edir.
“Azərbaycan Mikromaliyyə Assosiasiyası” 2019-cu ili hansı nəticələrlə başa vurdu?
2019-cu il Azərbaycan Mikromaliyyə Assosiasiyası üçün çox məhsuldar il olmuşdur.Azərbaycan Mikromaliyyə Assosiasiyası mikromaliyyə sektorunun inkişafını stimullaşdırmaq məqsədilə 10-cu İnvestorlar Yarmarkasını, illik 6 kateqoriya üzrə Mükafat Proqramını təşkil etmiş və İqtisadiyyat Nazirliyi, ASK, KOBİA, Mərkəzi Bank və beynəlxalq maliyyə qurumları tərəfindən keçirilən 25-dən çox təbdirlərə məruzəçi kimi iştirak edərək öz töfhəsini vermişdir. Assosiasiyanın idarə heyəti tərəfindən ölkədə mikro, kiçik və orta sahibkarlığının və o cümlədən, kənd təsərrüfatının inkişafını, fermerlərin maliyyə əlçatanlığının və biznes mühitinin yaxşılaşdırılmasını dəstəkləyən təklifləri aidiyyatı dövlət qurumlarına təqdim etməklə ictimai müzakirələrdə fəal iştirak etmişdir.
2019-cu il ərzində Azərbaycan Mikromaliyyə Assosiasiyası ölkədə mikromaliyyə sektorunun hədəf müştəriləri olan mikro bizneslərin inkişafını sürətləndirmək məqsədi ilə 5 iqtisadi zonalarda müxtəlif layihələr həyata keçirmişdir. Bu layihələr çərçvivəsində əhali arasında pulların hərəkəti, gəlir və xərclərin təhlili və mövsümlülüyün idarə edilməsi, həyatda baş verən hadisələr, maliyyə hədəfləri və planlaşdırmanın faydası, xərc tələb edən fövqəladə hadisələrə hazırlıq, ehtiyyat fondun yaradılmasının vacibliyi, yığım metodları və qənaət bacarıqları və vərdişləri, kredit növləri və ağıllı borcalma (düşünülmüş kreditləşmə) haqqında ətraflı müzakirələr apararaq və qrup işləri yerinə yetirərək bu sahədə öz biliklərini artırmışdırlar.
- “Gələcəyini Planlaşdır” Maliyyə Savadlılığı üzrə 29 təlimdə 848 nəfər iştirak etmişdir
- “Öz biznesinə başla və İnkişaf etdir” proqramı üzrə təlimlərdə potensial sahibkarlar öz biznes ideyalarını biznes planlarda əks etdirməyi öyrənmişdirlər.
- “Öz biznesinə başla və İnkişaf etdir” proqramı üzrə 16 təlim - 253 nəfər iştirak etmişdir
- Uğurlu biznes planlar tərtib edən 142 nəfərə ( o cümlədən 30 nəfər sağlamlıq imkanı məhdud qadın) sərmayə kapitalı verilmişdir
- “Gələcəyini Planlaşdır” Maliyyə Savadlılığı üzrə təlimçilər üçün təlimdə 17 nəfər iştirak etmişdir, təlimdə 10 nəfər təlimçi statusu almış və beləliklə AMFA-nın cəmi Maliyyə Savadlılığı üzrə Təlimçi Ekspertlərin sayı 22 dən 32 nəfərə çatdırılmışdır.
- 7 rayon və Bakıda orta məktəb və kolleclərin müəllimləri üçün “ Şəxsi Maliyyə” Maliyyə Savadlılığı proqramı üzrə 146 nəfər müəllimə təlimçilər üçün təlim keçirilmişdir.
-Layihələr çərçivəsində verilən sərmayə Kapitalının 70%-i kənd təsərrüfatı sahəsinə (arıçılıq, heyvandarlıq, quşçuluq, əkinçilik) və 30%-i xalçaçılıq, toxuculuq, konservləşdirmə, təhsil və xidmət sahələrinə yönəldilmişdir.
-Mikro və kiçik bizneslərin inkişafını dəstəkləmək məqsədi ilə 7 nəfər mentor yetişdirilmişdir
-10 uğur həkayəsi hazırlanmışdır
-Kooperativlərin yaradılmasına dair 2 təlim keçirilmiş (Şəmkirdə və Zakatala rayonlarında) və 50 nəfər sahibkar bu tılimlərdən faydalanmışdır. Nəticə etibarı ilə 5 nəfərdən ibarət quru meyvə istehsalı üzrə 1 kooperativ yaradılmış və cari ildə daha 2 kooperativlərin yaradılması gözlənilir.
Layihələrin həyata keçirilməsi Avropa İttifaqının, BMT-nın inkişaf proqramı, İsveçrənin İqtisadi Əməkdaşlıq Təşkilatlının maliyyə dəstəyi nəticəsində mümkün olmuşdur.
Ümumilikdə layihələr çərçivəsində sahibkarlıq fəaliyyətinə və mikrobizneslərinə başlamaq (vergi ödəyicisi kimi qeydiyyatdan keçib bank hesabı açmaq) üçün 240.000 AZN-a yaxın məvacib avadanlıq və xammalın alınması üçün sərmayə kapitalı formasında verilmişdir.
Hazırda Azərbaycanda mikromaliyyə fəaliyyəti və BOKT-lar üçün hansı problemlər mövcuddur ?
BOKT-ların fəaliyyətini tənzimləyən qanunvericiliyin yeni rəqəmsallaşma dövrün çağırışlarına uyğunlaşdırılması arzuolunandır və bildirmək istərdim ki, hazırda bu sahədə Mərkəzi Bank ilə görüşlər keçirilir və fikir mübadiləsi aparılır.
Misal olaraq, BOKT-lər tərəfindən mikro və kiçik biznes kreditlərin verilməsi ilə bağlı tələblərə yenidən baxmağa ehtiyac vardır. Az təminatlı, əmək haqqı formasında gəliri olmayan, kiçik və orta sahibkarlıqla məşğul olan insanların maliyyəyə çıxışının məhdudlaşması daha diqqət çəkən məqamdır və bu vəziyyət indi də qalmaqdadır.
Bir tərəfdən kreditlərin verilməsi ilə bağlı tələblər və inzibatçılıq sərtləşdikcə, digər istiqamətdə - sahibkarlıq fəaliyyətinin və gəlirlərin şəffaflaşması getmədikcə maliyyə əlçatanlığı daha da çətinləşdirəcəkdir. Bu isə öz növbəsində qeyri-formal maliyyə xidmətlərinin yaranmasına, gizli məşğulluq və digər problemlərə səbəb ola bilər.
AMFA-ya üzv olan BOKT-lar hansı üstünlüklər əldə edir?
Üzvlük paketi son 15 ildə çox dəyişib və demək olar ki, hər il üzvlərin gözləntilərinə cavab vermək üçün yeni üzvlük imtiyazları əlavə olunur. Cari il üçün üzv olan BOKT-lara 21 çeşiddə xidmətlərdən faydalanmaq imkanları verilir.
- Vəkillik və lobbiçilik xidməti;
- Mikromaliyyə üzrə qabaqcıl təcrübə, ölkə daxili və regional təşəbbüslər, potensial donor və investorların ölkəyə gəlişi, reyting, audit və təlim xidmətləri barədə və eləcə də texniki yardım layihələri haqqında məlumatın sektorda yayılması;
- Regional layihələrdə ödənişsiz iştirak imkanı ( cari ilin fevral ayından etibarən Polşa Mikromaliyyə Mərkəzi tərəfindən icra olunan “Rəqəmsal Savadlılıq üzrə Bootcamp” layihəsində ingilis dili bilən üzv təşkilatlar il ərzində 56 vebinar sessiyalarında iştirak etməklə 80% test suallarına doğru cavablandıran iştirakkçılar sertifikat ilə təltif olunacaqlar. Bu layihədə 19 ölkədən 58 mikromaliyyə təşkilatının 315 işçisi iştirak edir.) Layihələr müxtəlif səpkili olur : tədqiqatlar, kənd təssərüfatı, korporativ idarəetmə, gender bərabərliyi, strateji planın hazırlmanması və sair;
- Xarici investorlarla əlaqələndirmə (mikromaliyyə sektoruna sərmayə yatırmaq niyyətində olan donorlar/investorlar haqqında məlumatın təqdimatı, Azərbaycan mikromaliyyə bazarında maraqlı olan yeni investorlar üçün ölkə daxili görüşlərin təşkili);
- Mikromaliyyə üzrə statistik göstəricilər üzrə (Matrix) hesabat;
6. Kredit Reytinq şirkətləri ilə əlaqələndirmə (beynəlxalq səviyyədə tanınmış Reytinq Təşkilatları ilə əlaqələrin qurulması);
- İki ildən bir geniş miqyaslı konfrans və İnvestorlar Yarmarkasında güzəştli iştirak;
- Beynəlxalq ekspert tərəfindən keçirilən təlimçilər üçün təlim proqramları, təcrübə mübadiləsi turların və yeni innovativ məhsullar barədə(mikro-lizinq, mikro- sığorta, mobil bankçılıq) və digər məsələlərlə bağlı(kredit bürosu, korporativ idarəetmə, strateji planlaşma və s.) seminarlarda iştirak;
- Beynəlxalq təşəbbüslər və mükafat müsabiqələri haqqında məlumatlı saxlamaq və orada iştirakı üçün məsləhətlər vermək (Korporativ Sosial Məsuliyyət, Maliyyə Şəffaflığı, müştərilərin mühafizəsi və s.)
- İllik əsasda keçirilən tədbirlərlərin gündəliyinə dair mövzularla bağlı təkliflər vermək (Konfrans yaxud İnvestorlar Yarmarkası);
- İllik əsasda üzvlər arasında keçirilən AMFA mükafatlandırma proqramında iştirak etmək;
- Beynəlxalq biznes məktəbləri tərəfindən mikromaliyyə xidmətləri üzrə keçirilən yay akademiyaları və güzəştli təlim və seminarlar barədə rüblük əsasda məlumat əldə etmək.
- AMFA tərəfindən keçirilən layihələr çərçivəsində bütün təlimlərdə ödənişsiz və yaxud subsidiyalaşdırılmış iştirak imkanları ( investorlar yaxud inkişaf bankları tərəfindən maliyyələşdirilir);
- Keçirilən konfrans və investorlar yarmarkasında məruzəçi kimi çıxış etmək imkanları;
- AMFA-nın aylıq informasiya bülletenində məqalələrin/məlumatların dərc olunması (inglis və azərbaycan dillərində);
- Sosial fəaliyyətin (SPİ4 CERİSE Aləti üzrə) qiymətləndirilməsi və tövsiyyələr daxil olmaqla hesabatın tərtib olunması,
- Müştərilərinin beynəlxalq mühafizəsi prinsipləri üzrə qiymətləndirilməsi (Smart Campaign aləti üzrə),
- Müştərilərinin beynəlxalq mühafizəsi prinsipləri üzrə işçi heyətinə təlim(Smart Campaign aləti üzrə),
- Maliyyə Savadlılığı üzrə işçi heyətinə və müştərilərə təlimlərin keçirilməsi;
- Müxtəlif səpkili üzv təşkilatlarının fərdi texniki təlim ehtiyaclarına uyğun təlim proqramının hazırlanması( beynəlxalq və yerli mütəxəssislərlə);
- Müştərilər üçün “Biznesi başla və inkişaf etdir” (İLO modulu üzrə) təlimin keçirilməsi.
Kiçik və orta biznesin fəaliyyətinin kreditləşməsi konkret biznes kreditlərinin verilməsi yönündə BOKT-lar tərəfindən hansı tədbirlər həyata keçirilib yaxud keçirilməsi planlaşdırılır?
BOKT-ların kredit portfelinin təxminən 85%-i rayonları və 15%-i isə Bakı və Sumqayıt şəhərlərini əhatə edir. Ölkədə 45 BOKT faəliyyət göstərir və onlar fəaliyyətlərinə görə 3 qrupa bölünürlər:
1) İlkin olaraq, 1999-2003-cü illərdə beynəlxalq humanitar təşkilatlar tərəfindən layihə olaraq fəaliyyətə başlamış, sosial missiyası daha güclü olan, sonradan qeydiyyatdan keçmiş və lisenziyalaşmış BOKT-lar. Hazırda bu kateqoriyada 7 BOKT fəaliyyətini davam etdirir və bazar payına , həmçinin filial şəbəkəsinə görə regonlarda ən fəal BOKT-lardır. Onlardan hər biri 15-16 xarici investor şirkətləri ilə 15 ildir ki əməkdaşlıq edirlər.
2) 2003-2009-cu illərdə yerli qeyri-hökümət təşkilatları tərəfindən yaradılmış və ya təsisçiliyində Azərbaycan dövləti iştirak edən BOKT-lar bazarda fəaliyyət göstərsə də onların arasında real olaraq aktiv olan yalnız 3 BOKT kredit portfelinə və filial şəbəkələrinin sayına görə bazarda əhəmiyyətli paya malikdirlər.
3) 2010-cu ildə “Bank Olmayan Kredit Təşkilatları haqqqında” Azərbaycan Respublikası qanunu qəbul olunduqdan sonra yerli hüquqi və fiziki şəxs tərəfindən BOKT-ların yaradılmasına imkan verilmişdir.
Birinci və ikinci kateqoriyada olan BOKT-lar əsasən kənd yerlərində və regionlarda fəaliyyət göstərirlər. Üçüncü kateqoriyada olan BOKT –lar isə əsasən Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərirlər.
Qeyd etdiyim kimi , hazırda Mərkəzi Bankla görüşlər keçirilir və bu görüşlərdə BOKT-ların inkişafını dəstəkləyən təkliflər müzakirə olunur. Məqsədimiz BOKT-ların ölkə iqtisadiyyatına və xüsusilə regionların sosial-iqtisadi inkişafına, o cümlədən kənd təsərrüfatının inkişafına töfhəsinin artırılmasıdır.
Lizinq şirkətləri və lombardların da mikromaliyyə fəaliyyəti ilə məşğul olmasına baxmayaraq onlar BOKT kimi rəsmiləşmir, bu sahədə hansı addımların atılmasını vacib hesab edirsiniz?
Mikromaliyyənin məqsədi iş yeri yaratmaqdır. İş yeri yaratmaq deyərkən mikromaliyyə institutunun yaxud BOKT-nın işçi götürməsi deyil, insanların özlərinə iş yeri və gəlir yaratma fəaliyyəti yaratmalarına dəstək olmaqdır. Heç kimə sirr deyil ki, kreditə çıxışda ən vacib məsələlərdən biri girov təminatı faktorudur. Dəyərli girovu olmayan iqdisadi aktiv kişi və qadınlara, gənclərə öz işlərini qurmağa və bu işi böyütməyə dəstək verməkdir. Mikromaliyyə qurumları bu işi görməyi bacarırlar. Mikromaliyyə dünyada bu zərurətdən yaranmışdır.
Lizinq şirkətlərinin fəaliyyət məqsədi biznesin inkişafını dəstəkləməkdir və bəzi hallarda lizinq xidməti biznes kreditləri tamamlayır. Lizinq xidmətlərinin göstərilməsi üçündə qanunvericilikdə boşluqlar vardır və inanırıq ki, cari il ərzində həmin boşluqlar aradan qaldırılmaqla sahibkarlara göstərilən maliyyə xidmətlərini çeşidi genişlənəcəkdir. Ümumiyyətlə beynəlxalq təcrübəyə əsasən mikromaliyyə xidmətlə dedikdə bura mikrokredit xidməti ilə yanaşı mikrolizinq, mikrosığorta, pul köçürmələri də daxildir.
Lombartların fəaliyyəti qızıl girovu əsasında maliyyə resursların istənilən məqsəd üçün verilməsidir. Lombardların fəaliyyəti iş yeri yaratmaq və yaxud sahibkarlıq subyektlərin aktivlərin böyüdülməsi məqsədini danışımır. Hazırda regionlarda lombardların fəaliyyətinin artması maliyyə əlçatanlığının mürəkkəb olmasına işarədir. Lombardlar heç bir prudensial qaydalarla tənzimlənmirlər və bu baxımdan onlar istənilən məqsədə qızıl girovu əsasında faiz dərəcələri ilə maliyyə resursu verirlər.
Regionlarda BOKT-ların fəaliyyətinin zəif olduğnu nəzərə alsaq, bu sahədə hər hansı maneələr var, yoxsa səbəb infrastruktur uyğun olmamağı və tələbatın az olmasıdır?
Hazırda regionlarda BOKT-ların fəaliyyətinə bir neçə maneələr var:
- Nağdsız kreditləşmə kanalının olmamasıdır. BOKT-lar ödəniş sistemlərinə çıxışı yoxdur.
- Kreditləşmə zamanı tələblərin (vergi qeydiyyatı, gəlirlərin identifikasiyası və s) sərt olmağıdır.
- Sahibkarlıq fəaliyyətinin və gəlirlərin müvafiq identifikasiyasının, vergi qeydiyyatının, xüsusi icazə, sertifikatlaşdırma tələb edildiyi halda müvafiq icazə, lisenziya və sertifikatların mövcudluğu, rəsmi bəyan edilən gəlirlərə əsaslanaraq kredit məbləğlərinin müəyyən edilməsi, kreditin məbləğinin müəyyən edilməsi zamanı borc götürənin gəlirlərinə adekvat olması kimi tələblərdir. BOKT-ların müştərilərinin böyük əksəriyyəti həm vergi qeydiyyatında olmayan tam formalaşmamış mikro və kiçik sahibkarlıq subyektləri, həm də formal qeydiyyatı olsa belə, gəlirlərini şəffaf bəyan etməyən sahibkarlıq subyektləridir.
Biznes kreditlərinin faiz dərəcəsi ilə bağlı müəyyən narazılıqlar mövcuddur. BOKT-ların sahibkarlara daha az faizli kredit verilməsi və bu sahədə hər hansı güzəşt tətbiq etməklə bağlı addım atması gözləniləndir ?
Əslində BOKT kreditlərinin faizləri eyni məbləğdə, eyni müddətə, eyni təminatla verilmiş bank kreditlərindən yüksək deyil, eynidir. Baxmayaraq ki, bankların dövlət fondlarından cəlb etdiyi aşağı faizli kreditlər də (məsələn, SİF-dən və ya Aqrar Kredit və İnkişaf Agentliyindən 1%-2%-ə cəlb edib 5%-7% ilə verilən) banklarda orta kredit faizlərinin aşağı olmasına imkan verir. Baxmayaraq ki, banklar xidmət etdikləri əmək haqqı kartları olan şəxslərə daha az xərc çəkməklə kreditləşdirmə aparırlar. Bununla belə, BOKT-lərdə və banklarda eyni məbləğdə, eyni müddətə, eyni təminatla verilmiş kreditlərin faiz dərəcələrini müqayisə etsək ciddi fərq olmadığını görərik.
Ümumilikdə BOKT-lar tərəfindən verilən biznes kreditlərin faiz dərəcəsini aşağı salınmasını əməliyyat xərclərinin azaldılması (risklərin idarəedilməsi, infrastrukturun saxlanılması, işçi heyətinin saxlanılması və s.), tənzimləyici tərəfindən kreditləşmə prinsiplərinin yumşaldılması və ucuz maliyyə resurslarının cəlb olunması şərtləndirir.
Öncə qeyd etdiyimiz məsələlərin həll olunacağı təqdirdə əməliyyat xərclərinin aşağı salınması mümkün olacaqdır(nağdsız kreditləşmə aparmaq, rəqəmsal texnoloqiyaların innovativ tədbiqi imkanları yaradacaqdır), maliyyə resursların diversifikasiyası (ödəniş sistemlərinə qoşulmaqla çeşidli xdimətlərin göstərilməsi) xarici investorlardan cəlb olunan bahalı kreditlərdən asılılığı azaldacaqdır.
AMFA hökümətə BOKT-larla bağlı hansı təklifləri verib ?
AMFA mütəmadi olaraq aidiyyatı dövlət qurumlarına birbaşa və üzv olduğu ASK –nın müvafiq işçi komissiyasına müraciət etməklə BOKT sektorunun inkişafı ilə bağlı təkfliflərini təqdim etmişdir. Təkliflər BOKT-lar haqqında qanunda, prudensial qaydalarda olan boşluqların aradan qaldırılması və təkmilləşdirmə ilə bağlı olmuşdur. Mikro, kiçik və orta fermerlərin maliyyə əlçatanlığını artırmaq məqsədi ilə kənd təsərrüfatı kreditlərinin stimulaşdırılması üçün zəmanət və sığorta fondların yaradılmasına dair təkliflər hazırlanıb təqdim olunmuşdur.
Hazırda BOKT sektorunun inkişafını dəstəkləyən təkliflərimiz AMFA-nın müvafiq işçi qrupu tərəfindən hazırlanmaqdadır və yaxın günlərdə Mərkəzi Banka təqdim olunacaqdır.
2020-ci ildə ölkəmizdə mikromaliyyə fəaliyyəti konkret BOKT-ların fəaliyyətində hansı yeniliklərin olacağını gözləmək olar?
2020-ci ildə BOKT-lər kənd təsərrüfafı sektorunda mikro, kiçi və orta bizneslərin kreditləşməsini artırmaq məqsədi ilə AMFA-nın Beynəlxalq Maliyyə Korporasiyası arasında bağlanmış əməkdaşlıq müqaviləsi əsasında müvafiq texniki dəstəklə “CLARA” alətindən istifadə etməyi planlaşdırırlar. Regionlarda kooperasiya edən və yaxud kooperativin yaradılmasında maraqlı olan mikro, kiçik və orta sahibkarlara maliyyə xidmətlərin göstərilməsi planlaşdırılır. Regionlarda gənc və qadın sahibkarlığının dəstəkləmək üçün yeni kredit məhsullar təklif olunacaqdır.
Müəllif:Aynur Qəniyeva