BANK

20 Yanvar

Mərkəzi Bank inflyasiyanın 2%-ə çatdırılmasına çalışır

Avropa Mərkəzi Bankı yumşaq monetar siyasəti ilə inflyasiyanın 2%-ə çatdırılmasına çalışır. 

Fins.az xəbər verir ki, Almaniyada sənayə məhsullarının qiymətlərində artım proqnozlaşdırılanın alınta açıqlanıb. Almaniyanın statistika idarəsinin bazar ertəsi açıqladığı rəsmi məlumatlara əsasən, istehsal qiymətlərinin aylıq indeksi dekabrda 0.1% olub. Lakin bu göstərici noyabrda sıfır olmaqla yanaşı, dekabrda 0.2%-a yüksələcəyi proqnozlaşdırılırdı. 

Qeyd etmək lazımdır ki, göstəricinin proqnozlaşdırılandan zəif açıqlanması, gələcək göstəricilərin daha zəif açıqlanmasına işarədir. İstehsal qiymətlərində azalma isə inflyasiyaya da mənfi təsir edir.