BANK

14 Yanvar

Beynəlxalq valyuta bijalarında son vəziyyət

Beynəlxalq valyuta birjalarında çərşənbə günü ABŞ ilə Çin arasında ticarət sazişinin birinci mərhələsinin imzalanması gözləntiləri fonunda dolların aparıcı valyutalara nisbətən qiymətlərində bahalaşma müşahidə edilir. İranın “mülayim” hərbi cavabından sonra Amerikanın da “yumşaq” bəyanatları ilə geosiyasi risklər hələlik treyderlərin gündəliyindən götürülüb. 

Qeyd etmək lazımdır ki, bunlar Amerika Mərkəzi Bankının (FED) faiz azaldılması ehtimallarını da azaldır. 

Fundamental göstəricilər investorların diqqət mərkəzindədir

Beləliklə, dünyada siyasi və iqtisadi risklərin azalması, investorların diqqətini yenidən daha çox fundamental göstəricilərə yönəldib. 

Bazar ertəsi Böyük Britaniya iqtisadiyyatı ilə bağlı mənfi fundamental göstəricilər isə funtun ucuzlaşmasına səbəb olub. Avrozonaya dair göstəricilər də ürək açan deyil.