BANK

27 Dekabr

Banklar 2015-dən bu yana ən böyük ixtisarlara gedirlər

Dünya səviyyəsində banklar rəqəmsal texnologiyalara adaptasiya və yavaşlayan iqtisadiyyat mühitində xərcləri azaltmaq məqsədilə son dörd il ərzində ən böyük işdən çıxarmaları reallaşdırırlar.

Fins.az Marja-ya  istinadən xəbər verir ki, bu il 50 bank 77 min 780 işçisini çıxarmağı planlaşdırdığını açıqlayıb. Bu vəziyyət 2015-ci ildə 91 min 448 nəfər işçinin çıxarılacağının açıqlanmasından sonrakı ən yüksək rəqəmdir.

İxtisarların 82%-i Avropa banklarının payına düşür. Mənfi faiz dərəcələrinə görə Avropa banklarının gəlirləri kəskin azalıb. 

2019-cu ildəki işdən çıxarmalar daxil son altı ildə bankların ixtisarları 425 min nəfərə çatır. Əslində real rəqəmlər yüksək ehtimalla daha çoxdur, çünki bir çox bank planlarını açıqlamadan işçilərini azaldırlar.