BANK

27 Dekabr

Azərbaycanda istehlak kreditlərinin borc yükü artıb

Bu il noyabrın 1-i vəziyyətinə Azərbaycanda ev təsərrüfatlarına verilən kreditlər əhalinin nominal pul gəlirlərinin 13,8 faizi həcmində olub. Dövlət Statistika Komitəsi və Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, ev təsərrüfatlarına kredit qoyuluşunun əhalinin nominal gəlirlərinə nisbəti illik 2,2 faiz bəndi artıb.

Qeyd edək ki, maliyyə kredit təşkilatları tərəfindən ev təsərrüfatlarına kredit qoyuluşu illik ifadədə 26 faiz artaraq 1 noyabr 2019-cu il tarixinə 6.431,0 mln. manat, ölkə əhalisinin nominal gəlirləri isə illik müqayisədə 6,9 faiz artaraq cari il yanvar-oktyabr ayları ərzində 46.705,8 mln. manat təşkil edib.

(C)APA