BANK

27 Dekabr

Rabitəbank müştərilərinə ilin xəbəri!

Artıq Rabitəbank müştəriləri vəsaitlərini kartdan-karta komissiyasız köçürə
biləcəklər!
Rabitəbankın əmək haqqı kartlarından yeni Kartmane kartlarına və yaxud yeni
Kartmane kartları arasındakı pul köçürmələrindən artıq heç bir komissiya
tutulmayacaq. Bu əməliyyatlar bankın rəqəmsal xidmətləri üçün keçərlidir.
Belə ki, rahat dizayn və özəlliklərə malik olan Rabitabank Mobil tətbiqi, telegram və
facebook messencer üzərindən fəaliyyət göstərən RabitəBot və İnternet Bankçılıq
xidmətləri üzərindən qeyd olunan kartlar arasındakı pul köçürmələrində komissiya
haqqı tutulmayacaq.
Rabitəbank, 25 xidmət məntəqəsi və 68 ATM-ı, Rabitəbank Mobile adlı mobil tətbiqi
və İnternet Bankinq, RabitəBot adlı çatbotu, 133 nömrəli məlumat mərkəzi ilə
müştərilərin xidmətindədir.