BANK

26 Dekabr

Bank sektorunun xarici borcu azalıb

Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu azalıb

Fins.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının 2019-cu ilin iqtisadi yekunlarına dair mətbuat konfransında məlumat verilib. 

 Məlumatda bildirilir ki,  sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib.

Eyni zamanda bildirilir ki, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə 2 dəfə artıb. Həmçinin bankların kredit qoyuluşu 11 faiz artıb.

Müəllif: Aynur Qəniyeva