BANK

26 Dekabr

Aqrar Kredit və İnkişaf Agentliyi kredit portfelini 50% artırıb

Bu il Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi kredit portfelini 112 milyon manata çatdırıb.

Bu barədə qurumun sədri Mirzə Əliyev məlumat verib.

Onun sözlərinə görə, bu, ötən ilin yekunu ilə müqayisədə təxminən 50% çoxdur.

“Kredit portfelinin böyüməsi 2020-ci ildə də davam edəcək”, - o deyib. 

M.Əliyev "Aqrar Məşğulluğun Artırılması Layihəsi" (AMAL) çərçivəsində ayrılmış kreditlərin məbləğini də açıqlayıb. Onun sözlərinə görə, indiyə qədər 15 gənc fermerə 225 000 manat güzəştli kredit verilib. 

"Bundan başqa, 21 rayonda 400 gəncə müxtəlif təlimlər keçirilib, 965 gənc üçün məşğulluq yeri yaradılıb, ümumi layihədən bəhrələnən gənclərin sayı 1 422 olub", - deyə o, bildirib. 

(c)“Report”