Qarşıdan Yeni İl Bayramı gəlir bu isə o deməkdir ki, bir çox vətəndaşlar bankların kredit kartları ilə mağazaların təqdim etdiyi kompaniyalardan yararlanmağa çalışacaqlar.
Fins.az Azərbaycan banklarının cashback verən kredit kartlarını araşdırıb.
Banklar arasında ən çox cashback-i Beynəlxalq Bankın “Tamkart Classic” kartı verir. Belə ki, bu kartla alış-veriş zamanı 2-40% arası cashback qazanmaq olar.
Digər bir cashback qazandıran kart “Expressbank”ın “Smilecard”tıdır. Bu kartla nağdsız alış-veriş edənlər xərclədikləri pulların 30%-dək geri ala bilərlər.
“Unibank”ın “Albalı Plus Classik” kartı da sahibinə aldığı malın 0-30% ni geri qaytarmaq imkanı yaradır. Digər bir 0-30%-lik cashback isə “Rabitəbank”ın “Kartmane kredit” kartı təklif edir.
Bəzi bank kartları isə cashback əvəzinə bonuslar qazandırır.
“Bank of Baku”nun “Bolkart”ı belə kartlardan biridir. Kartla nağdsız alış-veriş edənlər ballar qazanmış olurlar.
“Bank Respublika”nın “Paykart”ında və “Yapı Kredi Bank”ın “Worldcard Classic” kartı da sahiblərinə xüsusi bonuslar qazandırır ki, bu da kart sahiblərinə əlavə üstünlüklər qazandırır.
© FED