Rusiyanın “Mir” ödəmə sistemi Azərbaycanda tətbiq edilə bilər. Fins.az xəbər verir ki, bunu Prezidenti İlham Əliyevin qəbulunda olarkən Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib.
Oreşkin, Biz hər addımda yeni layihələr düşünüb tapmağa çalışırıq, onlar həqiqətən bizim irəliləməyimizə kömək edir" Məsələn, indicə həmkarlarımızla maliyyə məsələsi ilə bağlı bir məqamı müzakirə edirdik. Baxarıq, ola bilsin bu istiqamətdə işləyəcəyik. Rusiyada “Mir” adlanan bir ödəmə sistemi var. Bizim türkiyəli həmkarlarımız bu sistemi öz bazarlarında tətbiq edirlər. Bu, Türkiyəyə gedən rusiyalı turistlər üçün çox münasibdir. Siz bizim qarşımızda turist mübadiləsini inkişaf etdirmək vəzifəsini qoymusunuz. Biz bu göstəricini milyona çatdırmağa çalışırıq. Həqiqətən, turistlərin ölkələrimiz arasında gediş-gəlişi nə qədər sadə, rahat olsa, turist axını bir o qədər çox olacaq. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu məsələni araşdıraq, həmin sistemin Azərbaycanda tətbiq edilməsinin nə dərəcədə mümkün olmasını aydınlaşdıraq. Buna görə daha fəal işləməyə hazırıq"- deyə o bildirib.
Məlumat üçün bildirək ki, "Mir" Rusiyanın milli ödəniş sistemidir. Hesablaşmalar rublla aparılır. Mir ödəniş sisteminin operatoru Milli Ödəniş Kartları Sistemidir.