BANK

24 Dekabr

Qapalı valyuta əməliyyatları ilə bağlı Gömrük Komitəsinin məlumatı

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın ixrac əməliyyatlarının 13 030,47 min ABŞ dolları və ya 0,07%-ni qapalı valyuta ilə hesablaşmalar təşkil edib.

Fins.az xəbər verir ki bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayımlayıb. 

Məlumatda bildirilir ki,  qapalı valyuta hesablaşmaların dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33% azalıb, cəmi ixracda xüsusi çəkisi isə 0,04% azalıb.

Bu ilin yanvar-noyabr ayları ərzində ixrac əməliyyatlarının 41 844,73 min ABŞ dolları və ya 0,23%i milli valyuta ilə, 12 359 020,79 min ABŞ dolları və ya 67,52%-i sərbəst dönərli valyuta (SDV) ilə hesablaşmaların payına düşüb. Müvafiq olaraq hesablaşmaların dəyərində illik müqayisədə 2,5 dəfə və 15% azalma qeydə alınıb.

Hesabata əsasən, milli valyuta ilə hesablaşmaların cəmi ixracda xüsusi çəkisi ötən ilin eyni dövrü ilə müqayisədə 0,36 faiz bəndi azalıb, SDV ilə hesablaşmaların xüsusi çəkisi isə 13,12 faiz bəndi azalıb.