BANK

24 Dekabr

“Rabitəbank”ın səhmdarları fevralda rəhbərliyə bonusların ödənilməsi məsələsini müzakirə edəcəklər

2020-ci il fevralın 25-də “Rabitəbank” ASCsəhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə bankın elanında deyilir.

“Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir: bankın 2019-cu maliyyə ili üzrə balansının, mənfəət və zərər haqqında hesabatının təsdiqi; bankın audit komitəsinin hesabatının təsdiqi; bankın rəhbərlərinə illik bonusların ödənilməsi”, – deyə elanda bildirilir.

“Rabitəbank” ASC 1993-cü ildə yaradılıb və Azərbaycanın 10 aparıcı bankından biridir. Bankın səhmdarları 20-yə yaxın hüquqi və fiziki şəxsdir.