Azərbaycan Beynəlxalq Bankı 31 DekabrDünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə özəl kredit kampaniyası elan edib. Bankın əmək haqqı və pensiya kartına malik hər kəs 31 yanvar 2020-ci il tarixinə qədər davam edəcək kampaniya müddətində nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankından cəmi 16%-dən başlanan illik faiz dərəcəsi ilə ala bilər.
Kampaniyanın özəllikləri:
• Kreditin məbləği - 20.000 manatadək
• Kreditin müddəti - 48 ayadək
• İllik faiz dərəcəsi – 16%-dən başlayaraq
• Kredit 15000 manata qədər olduqda – ZAMİNSİZ
• Komissiyasız
Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini Azərbaycan Beynəlxalq Bankının bütün filiallarından almaq mümkündür. Bunun üçün sadəcə şəxsiyyət vəsiqəsi və əməkhaqqı kartı ilə bankın filiallarına yaxınlaşmaq kifayətdir. Əməkhaqqı kartının son 8 rəqəmini 8937 nömrəsinə göndərməklə də bankdan nağd pul kreditini sifariş vermək olar. Bundan başqa, bankın IBAm mobil əlavəsi, yaxud Azərbaycan Beynəlxalq Bankının “28 Mall” və “Gənclik Mall” alış-veriş mərkəzlərindəki stendlərində də kredit sifarişi vermək mümkündür. Müştəri kampaniya barədə ətraflı məlumat üçün 937 nömrəli Məlumat Mərkəzinə zəng etməlidir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.