"Gələn ildən Dünya Bankının kreditlərinin cəlb edilməsi nəzərdə tutulub və bununla bağlı ilkin razılıq əldə olunub".
Bunu fins.az-a Azərbaycanın Maliyyə naziri Samir Şərifov deyib.
Onun sözlərinə görə, maliyyə resursları əsasən ölkədə məşğulluq imkanlarının yaradılması layihəsinin həyata keçirilməsi ilə bağlıdır: "Bu məsələdə Dünya Bankının təcrübəsindən istifadə olunacaq. Burada maliyyədən çox "beyin məhsulları"nın cəlb edilməsi nəzərdə tutulur", - deyə S. Şərifov qeyd edib.
(c) APA