BANK

23 Dekabr

İpoteka və Kredit Zəmanət Fonduna 2020-ci ildə dövlət büdcəsindən 71 milyon manat alacaq

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) nizamnamə kapitalını artırmaq üçün 2020-ci ildə dövlət büdcəsindən 71 milyon manat alacaq.Fins.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayımlayıb. məlumatda bildirilir ki, Azərbaycan hökuməti İKZF-nin nizamnamə kapitalının artırılması üçün 2020-ci il dövlət büdcəsində 71 milyon manat məbləğində vəsait nəzərdə tutub

Nəticədə fondun nizamnamə kapitalı 566 milyon manatdan 637 milyon manatadək artacaq (artım 12,5%).

Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.

Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.

Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.

Müəllif: Aynur Qəniyeva