Amerikanən sənaye və tikinti sektoru ilə bağlı statistika göstəricilərin mənfi açıqlanması, dollara qarşı təzyiqlər artıb
Beynəlxalq valyuta birjalarında Amerika iqtisadiyyatı ilə bağlı açıqlanan mənfi fundamental göstəricilər dolların aparıcı valyutalara nisbətən qiymətlərinin ucuzlaşmasına səbəb olub.
Beləliklə, müvafiq olaraq 1.11 və 1.30$ üzərində ticarət edilən avro və funt sterlinqin qiymətləri üzrə bahalaşma proqnozları da artıb.
Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 13:30-da İngiltərə və saat 17:30-da isə Amerikanın iqtisadi inkişafına dair açıqlanacaq önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzində olacaqdır.