BANK

20 Dekabr

Türkiyə, Rusiya, Çin və Braziliya mövcud beynəlxalq ödəniş sisteminə alternativ sistem yaradır

"Milli ödəniş sistemimiz olmadığına görə maliyyə bazarlarımız şoklara və manipulyasiyalara qarşı dayanıqsızdır. Bunun qarşısını almaq üçün Rusiya, Çin və Braziliya ilə birlikdə alternativ beynəlxalq ödəniş sistemi üzərində işləyirik". Bu fikirləri Malaziyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib.

Kuala-Lumpurda keçirilən sammitdə çıxış edən dövlət başçısı 20 müsəlman ölkənin rəsmilərinə ticarət əməliyyatlarını ABŞ dolları əvəzinə milli valyuta ilə aparmağı təklif edib: "Ticarət müharibələrinin getdiyi bir vaxtda milli valyutalarla ticarət əməliyyatları aparmaq mühüm əhəmiyyət kəsb edir. Bu sahədə müsəlman ölkələri ilə də əməkdaşlıq etməyə hazırıq"