BANK

19 Dekabr

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dekabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,10% – 28 239,28 bəndədək, SP 500 indeksi 0,04% – 3 191,14 bəndədək enib, Nasdaq indeksi isə 0,05% – 8 827,73 bəndədək yüksəlib.

Fins.az-ın məlumatına görə, Avropa fond bazarlarında dekabrın 18-də FTSE 100 indeksi 0,21% – 7 540,75 bəndədək yüksəlib, Almaniya DAX-ı 0,49% – 13 222,16 bəndədək, Fransa CAC-40 isə 0,15% – 5 959,60 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,12% artaraq 1 477,9 dollara bərabər olub.

Dekabrın 18-də dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,26% azalaraq 1,1118 dollar təşkil edib.