"Standard Poor's" (SP) beynəlxalq reytinq agentliyi İngiltərənin kredit reytinqi üzrə proqnozunu "Mənfi"dən "Sabit"ə dəyişib.
Məlumata görə, ölkənin xarici və yerli valyutada uzunmüddətli və qısamüddətli reytinqi isə AA/A-1+ səviyyəsində təsdiqlənib.
"SP" bu il İngiltərədə iqtisadi artımın 1,3%, növbəti 3 ildə isə müvafiq olaraq 1%, 1,7% və 1,6% təşkil edəcəyini proqnozlaşdırır.
© Report