Vəsaitlərini etibarlı bir bankda qoruyub, üstəlik, daha çox faiz gəlirləri əldə etmək istəyənlərə Azərbaycan Beynəlxalq Bankından sərfəli təklif var. Bankın elan etdiyi qış kampaniyası çərçivəsində Azərbaycan Beynəlxalq Bankında 50 000 manat və daha çox məbləğdə depozit yerləşdirən müştərilər mövcud faiz dərəcələrinə +1% əlavə qazanc əldə edəcəklər. Kampaniya 31 yanvar 2020-ci il tarixinə qədər keçərlidir.
Azərbaycan Beynəlxalq Bankında depozitləri 12/24/36 ay müddətinə yerləşdirmək mümkündür. Faiz gəlirlərini isə ayın, yaxud ilin sonunda götürmək olar. Bankda depozit yerləşdirmiş müştərilərə məbləğ və müddətindən asılı olaraq plastik kart hədiyyə edilir, faiz gəlirləri kart hesabına köçürülür. Depozit yerləşdirmiş müştərilər nağd pula ehtiyac yarandığı zaman bankdan minimal faizlərlə kredit də əldə edə bilərlər. Bankın depozit şərtləri barədə daha ətraflı: //www.ibar.az/az/individual/deposits/classic-deposit/
Azərbaycan Beynəlxalq Bankı Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və bankda yerləşdirilmiş depozitlər sığortalanır. Depoziti bankın bütün filial və şöbələrində yerləşdirmək olar.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.