BANK

17 Dekabr

Azərbaycan Beynəlxalq Bankı Tamkartla kəşbək faizlərini artırdı

Azərbaycan Beynəlxalq Bankı 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müştərilərinə xoş bir sürpriz hazırlayıb. Yanvarın 15-dək davam edəcək kampaniya dövründə Azərbaycan Beynəlxalq Bankının yeni kart məhsulu olan Tamkartınsahibləri kampaniya müddətində bu kartla ölkə xaricində apardıqları nağdsız ödənişlərə görə 3% kəşbək qazanacaqlar. Üstəlik, 5 illik Tamkart Classic kartı kampaniya zamanı müştərilərə pulsuz,Tam kart Gold, Tamkart Platinum və Tamkart Premium kartları isə xidməthaqqında 50% endirimlə veriləcək.

Tamkart eyni anda iki kartı -  debet və kredit kartlarını özündə birləşdirən dual kartdır. Bu kartın sahibləri Azərbaycan Beynəlxalq Bankı ilə layihə çərçivəsində əməkdaşlıq edən bütün məkanlarda istədikləri məhsulun qiymətini bərabər hissələrə bölərək, 18ayadək müddətə taksitlə ödəyə bilərlər. Digər istənilən növ əməliyyatlar zamanı isə müştərilərə tam 1 ay faizsiz güzəşt müddəti imkanı yaradılıb. Hər iki kart üzrə SMS xəbərdarlıq xidməti pulsuzdur.

Azərbaycan Beynəlxalq Bankı ilə bəzi tərəfdaş məkanlarda Tamkart sahiblərinə alış-veriş zamanı hətta 40%-dək kəşbək verilir. Eyni zamanda bankla tərəfdaş olmayan ticarət-xidmət məntəqələrində belə müştərilər ən az 2% kəşbək əldə edir.Tamkart debet vasitəsilə Azərbaycan Beynəlxalq Bankına məxsus bankomatlardan nağd vəsaitin çıxarılmasına görə heç bir komisyon haqqı tətbiq edilmir.

Tamkart haqqında daha ətraflı məlumatları məhsulun rəsmi internet səhifəsi olan www.tamkart.az saytından, yaxud //www.facebook.com/tamkart.az/ facebook səhifəsindən əldə etmək olar. Tamkartı bu bölmədən onlayn sifariş vermək mümkündür: //www.ibar.az/az/individual/plastic-cards/#taksit-kartlar

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.