“American-Express” beynəlxalq kart təşkilatının ölkəmizdəki yeganə tərəfdaşı olan Azərbaycan Beynəlxalq Bankı AmericanExpress (AmEx) kartları ilə bağlı yeni kampaniyaya start verib. Yanvarın 31-ə qədər bankdan American Express kartı sifariş edən hər bir müştəri hesabına vəsait mədaxil etdikdə kartı pulsuz əldə edə biləcək.
Hesaba qoyduğu vəsaitin məbləğindən asılı olaraq müştəriyə aşağıdakı növlərdə AmEx kartı hədiyyə edilir:
100 AZN (və ya USD)mədaxil etdikdə - AmEx Green kartı (1 illik pulsuz);
300 AZN (və ya USD)mədaxil etdikdə- AmEx Gold kartı (1 illik pulsuz);
1000 AZN və ya USDmədaxil etdikdə- AmEx Platinum kartı (3 illik pulsuz)
Hədiyyələr bununla da bitmir. Kampaniya çərçivəsində sifariş olunmuş AmEx Green,AmEx Gold kartlarına müvafiq olaraq 1 illik Mastercard Standard və Mastercard Gold kartı, AmEx Platinum kartına isə eyni hesaba bağlı əlavə Mastercard Platinum kartı (3 illik) hədiyyə verilir.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.